Türkiyədə cinsi zorakılığa aid təklif qalmaqalı

Türkiyədə cinsi zorakılığa aid təklif qalmaqalı
20:22 18 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Ədalət və İnkişaf Partiyası (AKP) çərşənbə axşamı günü Türkiyə Böyük Millət Məclisinə (TBMM) cinsi zorakılığa məruz qalmış şəxslərin təcavüzü edənlə evlənməsi şəraitində, təcavüzcünün cəzasının təxirə salınmasını təsbit edən yeni təklif verib.
Təklifə görə, cəzanın təxirə salınması 16 noyabr tarixinə qədər işlənmiş cinayətləri əhatə edəcək.
Milli.Az BBC-yə istinadən bildirir ki, Cumhuriyet Halk partiyasından (CHP) olan deputatlar gecə sosial media vasitəsilə 22 noyabrda bu təklifin müzakirə edilməsini təklif edib.
Müxalifət və sosial media bu layihəni tənqid edərək, bunun uşaq evliliklərinin qarşısını açacağını və qadınların onları cinsi istismar etmiş kişilərlə evlənmələrinə təşviq edəcəyini, kişilərinsə cəzasız qalacağını bildirir.
Ədliyyə naziri Bekir Bozdağ isə təklifin "qadınların təcavüzçüsü ilə evləndirilməsi" anlamına gəlmədiyini bildirib.
Ədliyyə naziri Bekir Bozdağ bildirir ki, müxalifət mövzunu "qəsdən və istəyərək çaşdırır"
Bozdağ Twitter-də yazıb: "Təcavüz edənə evlənərək cəzadan qurtulma imkanı verilməyib".
Bozdağ söyləyib ki, təhdid, hiylə və iradəyə zərər verməklə cinsi zorakılıq cinayətini törədənlər bu tənzimləmədən yararlanmayacaq.
Onun sözlərinə görə, qanun bütün təcavüz edənlərə aid deyil. Evlənmiş, amma yaşı çatmadığına görə "nigaha girməyənlər" yeni təklifə əsasən rəsmi nikah kəsməlidirlər.
Sosial mediada düzəlişi #tecavüzmeşrulaştırılamaz heştəqi ilə müzakirə edirlər. Heştəq Türkiyənin Twitter istifadəçiləri arasında ən çox istifadə edilən mövzulardandır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR