Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair sərəncam imzaladı

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair sərəncam imzaladı

Date: 18 November 2016 20:28

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, məqsəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığını təmin etməkdir.

Sənədə əsasən, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilib.

Ədliyyə, Maliyyə, Vergilər, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Gömrük Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 15-dək Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim etmək tapşırılıb.

Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Auditorlar Palatasına, Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməsinə, Baş Prokurorluğuna və Vəkillər Kollegiyasına Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmk tövsiyyə olunub.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Tags:  İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə sərəncam imzaladı

RƏYLƏR


Top news