Qobustanda radikal təsirlərə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib

Qobustanda radikal təsirlərə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib
20:57 18 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icması tərəfindən “Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Şamlı” məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, “Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
“Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq, layihənin bu məqsədə xidmət etdiyini bildirib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev isə dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə haqqında geniş məlumat verib. O qeyd edib ki, dini radikalizm və ekstremizlə üç istiqamətdə - hüquqi, iqtisadi və maarifləndirmə üzrə mübarizə aparılır. 
Ekstremizmin dini, sosial və ictimai zərərləri haqqında məlumat verən Dövlət Komitəsinin rəsmisi ölkəmizdə dini maaifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/din/qobustanda-radikal-tesirlere-qarsi-mubarize-ile-bagli-maariflendirici-tedbir-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR