"Real"ın sabiq qapıçısı İker Kasilyas Ronaldunun uzun müddət Madrid klubunda çıxış edəcəyinə ümidlidir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2015-ci ilin yayında gözlənilmədən "kral klubu"ndan "Portu"ya satılan Kasilyas bunları qeyd edib:
"Kriştianu yaxşı durumdadır. O, son illər "Real" üçün çox şeylər edən fantastik futbolçudur. Məlumdur ki, Ronaldonun müqaviləsini yeniləməsindən azarkeşlər qazanacaq. Lakin çox şey onun özündən asılı olacaq. Çünki Ronaldudan gözləntilər çox olacaq. Ümid edək ki, Ronaldu uzun müddət "Real"da oynayar".
Milli.Az