Kərəvizdən əla DETOKS RESEPTİ

Kərəvizdən əla DETOKS RESEPTİ
21:17 18 Noyabr 2016
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Kərəviz çox faydalı diyetik məhsuldur. Mütəxəssislər kərəvizi qidalanmaya daha tez-tez daxil etməyi tövsiyə edirlər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kərəviz bağırsaqların fəaliyyətini yaxşılaşdırır, böyrəkləri və sidik kisəsini təmizləyir, ürək əzələsinə müsbət təsir edir, kişilərdə potensiyanı yaxşılaşdırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Sizə tərkibində kərəviz olan çox effektli və faydalı detoks reseptini təqdim edirik.
1 dəstə kərəviz, 1 qabıqlı limon (çəyirdəksiz), 3-4 sm ölçüsündə təzə zəncəfil kökü blenderdə xırdalanır. Üzərinə 1 stəkan təmiz ilıq su və 2 x.q. bal əlavə olunur, yaxşı qarışdırılır. Hazır içkini soyuducuda saxlayın. Alınmış smuzini gün ərzində içmək lazımdır. Qəbul etdikdən əvvəl smuzi qarışdırırlır. Növbəti gün təzə porsiya hazırlanır. Bunu 7 gün ərzində edin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/489652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR