Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın ilk xəritəsi tapıldı - FOTO

Dünyanın ilk xəritəsi tapıldı - FOTO

Date: 18 November 2016 21:27

Son illərdə tarixi araşdırma nəticəsində maraqlı yeniliklər üzə çıxır. Tarixçilərin tapdığı əşyalar insanların marağını cəlb edir. Bunlardan biri də tapılan ilk xəritədir. Milli.Az publika.az-a istinadən bildirir ki, bu xəritə ilk "Müasir Dünya xəritəsi" hesab olunur. Araşdırmalar onu göstərir ki, bu xəritə daş dövrünə aid ən qədim xəritə ola bilər.

Danimarkalı arxeoloqlar bu xəritənin 5000 yaşı olduğunu bildiriblər. Daşın üzərində olan 5 sm-lik xətlərdən, xəritənin bölgə xəritəsi olduğu düşünülür. Bu da xəritənin, dünyanın ən köhnə xəritələrindən biri olma ehtimalını gücləndirir.
Bu daş xəritənin üçüncü hissəsi tapılmayıb. Bu səbəbdən, arxeoloqlar xəritənin üzərindəki xətlərə bağlı təəssüf ki, dəqiq bir şərh verməkdə çətinlik çəkirlər. Daşın üçüncü hissəsinin isə harada olduğu bilinmir.

Danimarka Milli Muzeyindəki mütəxəssislərin fikrincə, daş (xəritə), fermerlər tərəfindən Günəş üçün təşkil edilən dini ayin vaxtı qırılmış ola bilər (əkin bərəkət versin deyə təşkil edilən ayin). Çünki, xəritənin üzərindəki xətlər, torpağın şumlanıb oktyabr üçün hazır hala gətirilmiş bölgəni təmsil edir.

Danimarkalı arxeoloq Flemmin Kaul mövzu ilə əlaqədar açıqlamasında "Bunlar təsadüfi xətlər deyil. Bəzi xətlər, təkrar istehsal, qarğıdalı qulaqları ya da yarpaqlı bitkilər ola bilər" fikrini söyləmişdir.

Milli.Az








Tags:  Dünyanın ilk xəritəsi tapıldı FOTO

RƏYLƏR


Top news