Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kremlə yaxın dairələrdə təlaş başladı - Keçmiş kəşfiyyatçı

Kremlə yaxın dairələrdə təlaş başladı - Keçmiş kəşfiyyatçı

Date: 18 November 2016 21:28

Korrupsiyada ittiham olunan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi Kremlə yaxın dairələr arasında təlaşa səbəb olub.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin anonim keçmiş məmuruna istinadən “Financial Times” nəşri yazıb.

Onun sözlərinə görə, Kremlə yaxın dairələrdə qeyri-müəyyən uzunmüddətli dövrün başlana biləcəyi barədə narahatlıq var. Nəşrin yazdığına görə, hazırda yüksək vəzifəli səkkiz məmura qarşı şübhələr haqqında danışıqlar gedir.

Eyni vaxtda, Rusiya KİV-i bildirir ki, müstəntiqlər başqa məmurlara qarşı araşdırmalar aparır.

Xatırladaq ki, Aleksey Ulyukayev noyabrın 14-də saxlanılıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Bir gün sonra Aleksey Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Ömər Dağlı


Tags:  Kremlə yaxın dairələrdə təlaş başladı Keçmiş kəşfiyyatçı

RƏYLƏR


Top news