Tovuz sakinini elektrik cərəyanı vurub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Samlıq kənd sakini 1989-cu il təvəllüdlü Tural Kazımov yaşadığı evdə elektrik lampasını dəyişən zaman cərəyan onu vurub.
T. Kazımov dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Milli.Az