Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs tutulub

Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs tutulub

15 yaşlı qızını qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA (16 Mart 2017 13:34)
Bir həftə əvvəl nişanlısını qətlə yetirən şəxs tutulub (11 Mart 2017 12:27)
Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşına AĞIR CƏZA (09 Mart 2017 17:57)

Tarix: 18 Noyabr 2016 21:52

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyanın Novqorod vilayətinin Pestovski rayonunda Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.
Hadisə Ponomaryovo kəndində baş verib. Bıçaq zərbəsi alan azərbaycanlı maşını ilə özünü şəhərə çatdırıb və kömək çağırıb, lakin sonradan keçinib.
Mənbənin məlumatına görə, dəfələrlə məhkum olunmuş 40 yaşlı kənd sakini yas mərasimi keçirirmiş və bu münasibətlə spirtli içki sifariş verib. Lakin sonradan Azərbaycan vətəndaşı ilə onun arasında qiymətə görə münaqişə yaranıb və onu bıçaqlayıb.
Rusiya İstintaq Komitəsinin Novqorod vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, o, günahını qismən etiraf edib və adam öldürmək niyyətində olmadığını bildirib.
Cinayət işinin istintaqı gedir.

Teqlər:  Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs tutulub



RƏYLƏR


Top xəbərlər