Arıqlamaq üçün çox maraqlı üsul

Arıqlamaq üçün çox maraqlı üsul
21:57 18 Noyabr 2016
590 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir çox Asiya ölkələrində yemək zamanı xüsusi çubuqlardan istifadə olunur. Adətən onlara "çin çubuqları" deyilir. Çubuqların köməyi ilə duru yeməklərdən əlavə bütün digər yeməklər (düyü, balıq, tərəvəzlər, ət və s.) yeyilir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu ölkələrin özünəməxsus və çox sağlam qidalanma prinsipləri var. Bu prinsiplərdən ən əsası - qidanı tez bişimək və asta-asta yemək lazımdır. Asta-asta yemək yeyəndə insan daha az qida ilə doyur, ona lazım olandan artıq yemir və bu da çəkini normada saxlamağa kömək edir. Məhz buna görə Amerika və Avropa ölkələri ilə müqayisədə bu ölkələrdə artıq çəki və piylənmədən əziyyət çəkən insanlar daha azdır.

Tanınmış Amerika yazıçısı və məşhur Manxetten pəhrizinin müəllifi Eylin Daspin çox maraqlı arıqlama üsulu təklif edib - çəngəl, qaşıq və bıçaqlardan imtina edib onların əvəzinə çin çubuqlarından istifadə etmək. Bu üsul həqiqətən arıqlamağa kömək edə bilər. Bunun bir neçə səbəbi var - çubuqlarla iri tikələri  götürmək və yeməyi tez-tez yemək mümkün deyil. Nəticədə insan daha asta yeyir və daha az qida qəbul etdikdən sonra toxluq hiss edir.

Çubuqların köməyi ilə tək suşi, roll və digər bu kimi qidaları deyil, istənilən qidaları (suplardan başqa) yemək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/489653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR