"Qrizmannın "Real" və ya başqa kluba keçməsi imkansızdır"

"Qrizmannın "Real" və ya başqa kluba keçməsi imkansızdır"
22:12 18 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun prezidenti Enrike Sereso hücum xəttinin lideri Antuan Qrizmannın başqa kluba transferini istisna edir. Fransalı forvard bir neçə gün öncəki açıqlamasında klub səviyyəsində Pol Poqba ilə oynamaq istədiyini söyləmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Sereso bu ehtimalı kökündən vurub.

"Fikrimcə, Qrizmannın "Real" və ya başqa kluba keçməsi imkansızdır. İqtisadi cəhətdən "Real" və "Barcelona" ilə rəqabət aparmaq çətin olsa da, hər il boyumuzdan yuxarı tullanmağa çalışırıq".

Sereso futbolda zorakılıq hallarına münasibət də bildirib.

"Normal insanlar dost və ailəsi ilə stadiona gəlir ki, futbola baxsın. Əvvəlsə sanki müharibəyə gəlirdilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR