Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər

Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər

Date: 18 November 2016 22:42

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
 
"Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı, o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub", məlumatda qeyd edilir.

Milli.Az


Tags:  Lavrov Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər


RƏYLƏR


Top news