İranın Bürucerd şəhərində bir ailənin 5 üzvü dəm qazından ölüb.
Publika.az xəbər verir ki, hadisədə ata, ana və 3 övladı həyatını itirib. Ailənin ölümünə səbəb vanna otağında sızan qaz olub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Bürucerd İranın Lorestan əyalətində yerləşir. (apa)