Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bred Pittin sevgilisinin kimliyi bəlli oldu - foto

Bred Pittin sevgilisinin kimliyi bəlli oldu - foto

Date: 18 November 2016 23:01

Aktyor Bred Pittin eşq yaşadığı Hollivud aktrisasının adı bəlli olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu, aktrisa Marqo Robbidir. Bredin avstraliyalı aktrisadan hələ Coli ilə evli olduğu müddətdə xoşlandığı bildirilir.

Belə ki, həmin dövrlərdə Pitt Marqonu layihələrinə dəvət etsə də, Ancelina buna icazə verməyib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.


Tags:  Bred Pittin sevgilisinin kimliyi bəlli oldu foto

RƏYLƏR


Top news