25 yaşlı kapitan öldü: “Donuz qripi” ehtimalı - FOTO

25 yaşlı kapitan öldü: “Donuz qripi” ehtimalı - FOTO
23:03 18 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Afyon Belediye Yüntaş Gençlik” voleybol klubunun üzvü Kervin Pinerua 25 yaşında vəfat edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Venesuelanın voleybol millisinin də kapitanı olan Kervin dünən gecə yüksək qızdırma ilə xəstəxanaya gətirilib. Pinueranın qızdırmasını aşağı salmaq mümkün olmayıb və o, səhərə yaxın gözlərini əbədi yumub.

Voleybolçunun konkret hansı səbəbdən öldüyü hələ açıqlanmayıb. Amma ilkin ehtimallara görə, ölümə səbəb “donuz qripi” kimi tanınan xəstəlik ola bilər.

Kervin Pinuera ölümündən bir gün əvvəl isə “instaqram” hesabından bu fotonu paylaşıbmış:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR