Erməni nazir Poroşenkonun postunu ona verəcək - VİDEO

Erməni nazir Poroşenkonun postunu ona verəcək - VİDEO
23:33 18 Noyabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın daxili işlər naziri Arsen Avakov prezident kreslosunu məsləhətçisi İlya Kivaya söz verib.

Publika.az xəbər verir ki, İlya Kiva bu haqda “Skrypin.ua”nın efirində danışıb.

“Mən Milli Polisin başçısı olmağa hazırlaşmıram, çünki mənim qarşımda daha geniş və əhəmiyyətli məsələlər dayanır. Bunları mənim rəhbərliyim müəyyən edib. Hansı məsələlər? Ölkəyə rəhbərlik kimi”, - o deyib.

Təşvişə düşmüş aparıcı Roman Skrıpin “prezident olacaqsınız?” deyə soruşub.

“Məcburidir. Sadəcə hər şeyin öz vaxtı var”, - Kiva cavab verib.

Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.

Dövlət çevrilişi qərargahı hərəkətə keçdi - Erməni nazirin “Üçüncü Maydan” PLANI - FOTOLAR

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR