Kişi xəstəliyinin qarşısını alan qidalar - SİYAHI

Kişi xəstəliyinin qarşısını alan qidalar - SİYAHI
23:37 18 Noyabr 2016
265 Ölkə
Ölkə mətbuatı
A- A+

Kişilərin yaş irəlilədikcə ortaya çıxan ən böyük narahatlıqlarından biri də onlarda prostat vəzinin böyüməsidir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aşağıda adı çəkilən qidalar sizə bu narahatlıqlardan qorunmaq üçün yardımçı olacaq.

Selen tərkibli qidalar - Selen ( Mendeleyevin elementlərin dövri sistemində 34-cü element) mineralı yaşı irəliləmiş bəylər üçün çox mühimdir. Meyvə və tərəvəzlərin əksəriyyəti, dəniz məhsulları, sarımsaq və yumurta kimi qidalar bu maddə ilə zəngindir. Aparılan araşdırmalara görə, selen tərkibli yeməklərlə bəslənən kişilərdə prostat vəzi və bu tipli xəstəliklərin rast gəlinməsi 50%-ə qədər azalır.

Sink tərkibli qidalar - Sink hüceyrə sağlamlığı üçün çox mühim maddədir. Bundan başqa, prostat xərçənginin qarşısını alır. Ona qabıqlı dəniz məhsulları başda olmaqla, süd, fındıq və paxla məhsullarının tərkibində rast gəlmək mümkündür.

Yağsız protein mənbələri - Az yağlı və ya yağsız süd və süd məhsulları, yağsız qatıq, yoqurt, yumurtanın ağı, toyuq və hinduşka əti, somon balığı, ton balığı kimi ağ ətli yeməklər, mərci və bəzi paxlalılar kişi xəstəliklərinin qarşısını alan başlıca qidalardandır. Xüsusilə balıqlar ən yaxşı yağsız proteinə sahibdirlər.

Likopen tərkibli məmulatlar - Likopen deyildikdə sözsüz ki, ağla ilk öncə pomidor gəlir. Pomidor prostat xəstəliyindən qoruyur və xərçəngin qarşısını alır. Buna görə, pomidor tomatı, pomidor sousu və təbii ketçup, pomidor tərkibli qidalar qoruyuculuq qabiliyyətinə görə çox vacibdir. Xüsusilə pomidor kimi qırmızı rəngli meyvə və tərəvəzlərdə rast gəlinən likopen, həmçinin, qarpız, quşburnu, qreyfrud və quavada da var.

Taxıl məhsulları - Zəngin lif tərkili olması ilə yanaşı hüceyrə sağlamlığı üçün də tərkibində lazımı qədər protein olan bu məhsullar xərçəngli hüceyrələrin böyüməsinin qarşısına alır. Qan şəkərinin düşürülməsində istifadə olunan taxıl bitkiləri kişi xəstəliklərinin müalicəsində geniş istifadə olunur.

Meyvələr - Hər bir meyvənin tərkibində ona rəng qazandıran antioksidantlar var. Buna görə də nə qədər fərqli rəngli meyvə qəbul etsələr, o qədər fərqli və böyük miqdarda antioksidant qəbul etmiş olarlar. Tərkibində yöksək miqdarda antioksidant olan meyvələr bunlardır: kivi, çiyələk, manqo, üzüm, gilas, ərik, qarpız, yemiş, qreyfrud və portağal.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/489091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR