"Kristis hərrac evi"nin İsveçrənin Cenevrə şəhərində təşkil etdiyi hərracda almaz sırğa dünya rekordunu qırıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, armud formasında olan bir cüt almaz sırğa 17,57 milyon İsveçrə frankına (təqribən 30 milyon manat) satılıb.
Sırğanın 20-30 milyon İsveçrə frankına satılacağı gözlənilirdi. Dəyərindən aşağı qiymətə satılsa da, səlahiyyətli şəxslər mövcud qiymətin də dünya hərrac rekordu olduğunu bildirib.
Milli.Az