"Onun 35 yaşı olsa da, gənc oğlan təsiri bağışlayır"

"Onun 35 yaşı olsa da, gənc oğlan təsiri bağışlayır"
23:37 18 Noyabr 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın kapitanı Filipp Lam 2018-ci ildə karyerasını bitirmək fikrində olduğunu bildirmişdi. 33 yaşlı müdafiəçi son olaraq mövsümün sonunda butslarını mismardan asacağını da istisna etməmişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun komanda yoldaşı Xavi Martinez mətbuata bu barədə açıqlama verib.

"Lam çox gənc və gümrah görünür. İnanmıram ki, karyerasını bitirməyə hazırlaşır. Filipp hələ 4 il oynamaqda davam edə bilər. "Athletic"də Aritz Adurzilə oynamışam. Onun 35 yaşı olsa da, gənc oğlan təsiri bağışlayır. Futbolda yaş heç kəsə maraqlı deyil".

Samir Nasri Xosep Qvardiolanın "Bayern"də çalışdığı vaxt bəzi futbolçulara gecəyarısına kimi intim münasibətdə olmağı tapşırdığını demişdi. Martinez bu qadağandan xəbərdar olmadığını qeyd edib.

"Pep heç vaxt belə söz deməyib. Bəlkə də, deyib, mən eşitməmişəm. Amma bu, məni narahat etməzdi. Adətən saat 12-yə qədər yatmış oluram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR