Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messi Argentina Futbol Federasiyasının 6 aylıq borcunu ödəyib

Messi Argentina Futbol Federasiyasının 6 aylıq borcunu ödəyib

Date: 18 November 2016 23:47

Argentina millisinin super ulduzu Lionel Messi təkcə yığmada vurduğu qollarla deyil, digər sahələrdə də ölkə futboluna yardımçı olmağa davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,DÇ-2018-in seçmə oyunları ilə əlaqədar millinin düşərgəsində olan Leo Argentina Futbol Federasiyasının (AFA) borclarını da ödəyib.

Belə ki, toplanış zamanı məlum olub ki, AFA-nın millinin təhlükəsizliyini qoruyan şirkətə borcu var imiş. Federasiya şirkətə son 6 ayın ödənişini etməyib. Bu barədə təhlükəsizlik əməkdaşları Messiyə xəbər veriblər. O isə bütün xərcləri öz cibindən ödəyib.

Milli.Az


Tags:  Messi Argentina Futbol Federasiyasının aylıq borcunu ödəyib


RƏYLƏR


Top news