"Titanik" batdıqdan dərhal sonra çəkilən NADİR FOTOlar

"Titanik" batdıqdan dərhal sonra çəkilən NADİR FOTOlar
23:57 18 Noyabr 2016
233 Maraqlı
Ölkə mətbuatı
A- A+

14 aprel 1912-ci il, saat 11:39: "Titanik"dəki Frederik Flit adlı gözətçi, gəminin buz dağına doğru irəlilədiyinin fərqinə varır. Lakin artıq gec idi və gəmi toqquşmadan qaçırıla bilmir. Təxminən 2 saat 40 dəqiqə sonra gəmi tamamilə okeana qərq olur. 2224 sərnişindən yalnız 700-ü qəzadan sağ çıxa bilir.

Milli.Az publika.az-a istinadən əfsanəvi gəmi "Titanik"in batmasının ardından çəkilən nadir hesab edilən fotoları təqdim edir:

1. Gəminin batmağına səbəb olan buz dağının qəzadan dərhal sonra çəkilmiş fotosu.

2. Sağ qalanlardan biri, buz dağını ilk təsbit edən nəzarətçi Frederik Flit.

3. Qayıqlarla "RMS Carpazia" adlı gəmiyə köçürülən sərnişinlər.

4. "Carpazia" gəmisində qəzanın şokundan qurtulmağa çalışan sərnişinlər.

5. Sağ qalanlar, gəminin göyərtəsində isinir.

6. Sərnişinlərin yaxınları gəmini istehsal edən "White Star Line" şirkətinin qarşısında gələcək xəbərləri gözləyir.

7. "Carpazia"nın Nyu Yorka çatmasını yağış altında gözləyən sərnişin yaxınları.

8. "White Star Line" şirkətinə aid limana bağlanan avarlı qayıqlar.

9. Qəzadan sağ çıxan bir qrup kişi.

10. Gəmidən sağ çıxan ofisiantların qəza ilə əlaqədar aparılan istintaqda sıra gözləməsi.

11. Qəzadan sağ çıxan dörd qardaş məmləkətlərinə gedir.

12. Sağ qalan qohumlarını qatar stansiyasında gözləyən insanlar.

13. Qovuşduqları qohumları ilə şəkil çəkdirən sərnişinlər.

14. Gəmi işçilərini gözləyən yaxınları.

15. Sağ-salamat qovuşmağın xoşbəxtliyini yaşayan sərnişin yaxınları.

16. Sağ qalan gəmi heyəti, həyat yoldaşını öpür.

17. Ətrafına toplaşan insanlara hekayəsini danışan gəmi sərnişini.

18. Milli dənizçilər və Xilasedicilər Birliyi bölgə katibi J.Hansonun sağ qalan sərnişinlərin hər birinə qəza səbəbi ilə təzminat ödədiyi an.

19. Gəminin radio operatoru Harold Tomas Coffin, qəza sonrası komitə tərəfindən Nyu-Yorkda sorğuya çəkilir.

20. Sağ qalan sərnişindən imza istəyən qadın.

Sağ kurtulan yolcudan imza isteyen bir kadın.

21. Qəzadan sağ çıxan, lakin şəxsiyyətləri uzun müddət təsbit olunmayan Mişel və Edmond Navratil.

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR