Bundesliqada lider dəyişdi - VİDEO

Bundesliqada lider dəyişdi - VİDEO
04:03 19 Noyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

"Leypsiq" futbol klubu Almaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə Leverkuzen "Bayer"ini 3:2 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, ev sahiblərinin heyətində Kevin Kampl (1-ci dəqiqə) və Yulian Brandt (45) fərqlənib.

"Leypsiq"in heyətində qollar Emil Forsberq (67) və Villi Orbanın (81) hesabına yazılıb. Görüşün 4-cü dəqiqəsində "Bayer"in futbolçusu Yulian Baumqartlinqer topu öz qapısına göndərib.

Bu oyundan sonra "Leypsiq" turnir cədvəlində lderliyə yüksəlib. Aktivində 25 xal olan komanda cari mövsümdə 8 qələbə qazanıb və 3 oyunda meydandan sülhlə ayrılıb. İkinci yerdə 24 xalla "Bavariya" gedir. Lakin Münhen klubunun ehtiyatda bir oyunu var. "Bayer" 16 xalla 8-cidir.

"Leypsiq" Almaniya Bundesliqasının debütantıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR