Jurnalistləri aparan təyyarədə nasazlıq yarandı

Jurnalistləri aparan təyyarədə nasazlıq yarandı
04:34 19 Noyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarını Perunun paytaxtı Limaya,  Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏF)  təşkilatının forumuna aparan təyyarədə  nasazlıq yaranıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanacaq doldurmaq üçün Lissabona enən təyyarədə qəflətən problem yaranıb.

 

Təyyarənin Limaya noyabrın 19-u, axşam saatlarında, sammit işə başlayandan sonra çatacağı planlaşdırılır.

 

Qeyd edək ki, Rusiya  prezidenti Vladimir Putin ASİƏF-in sammitində iştirak edəcək. Tədbir çərçivəsində V.Putinin Çin Xalq Respublikasinin sədri, Yaponiyanın baş naziri, Filippin, Vyetnam və Perunun prezidentləri ilə görüşü nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR