Qəbələdə "Mercedes" qəzaya uğradı: ölən var

Qəbələdə "Mercedes" qəzaya uğradı: ölən var
05:39 19 Noyabr 2016
84 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun meyitini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

 

Əməliyyat saat 01:58-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR