Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Google neyron şəbəkələrə keçir

Google neyron şəbəkələrə keçir

Date: 19 November 2016 07:12

"Google" şirkəti son zamanlar öz xidmətlərində neyron şəbəkəsindən istifadəyə başlayıb ki, bu da yeni imkanlar açır və vaxt ötdükcə sözügedən xidmətlərin müstəqil təkmilləşməsinə imkan verir. İndi "Google Translate" xidməti müasir texnologiyaların sayəsində bütöv cümləni tərcümə etməyi öyrənib. Bundan əvvəl sözügedən xidmət ayrı-ayrı sözləri və ifadələri tərcümə etdiyinə görə çox vaxt cümlənin mənası düzgün alınmırdı. Hazırda "Google Translate" neyron kompüter tərcümə texnologiyasının tətbiqi sayəsində cümlələri dəqiq tərcümə etmək üçün onları tam təhlil edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda neyron şəbəkəsinin köməyi ilə tərcümə yalnız 8 dildə əlçatandır: ingilis, fransız, alman, ispan, portuqal, çin, yapon, koreya və türk. "Google" şirkəti mövcud olan bütün dillərin dəstəyini reallaşdırmağı planlaşdırır.

Milli.Az


Tags:  Google neyron şəbəkələrə keçir



RƏYLƏR


Top news