Vətənində qədrini bilmədilər, İspaniyada başına and içirlər

Vətənində qədrini bilmədilər, İspaniyada başına and içirlər
07:13 19 Noyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Yayda “Qalatasaray”dan “Deportivo”ya transfer olan türkiyəli futbolçu Əmrə Çolak İspaniyada ardıcıl ikinci dəfə ayın futbolçusu seçilib.

Publika.az xəbər verir ki, “Qalatasaray”da əsas heyətə düşə bilməyən yarımmüdafiəçi La-Korunya klubunda sanki yenidən doğulub.

Əmrə bu gün klubun rəsmi binasında ikinci dəfə ayın oyunçusu mükafatını alıb. Onu bu mükafata klubun azarkeşləri layiq bilib. Səsvermədə türkiyəli futbolçu komanda yoldaşları Xuanfran və Sidneyi qabaqlayıb.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR