Dünyada ilk iki rejimli telefon göstərldi

Dünyada ilk iki rejimli telefon göstərldi
07:27 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Thuraya" şirkəti Avropa, Orta Asiya, Avstraliya və Afrikada peyk telefon rabitə xidmətinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət, həmçinin öz peyk telefonlarını istehsal edir. Belə telefonların əsas funksiyası ekstremal şəraitdə sabit rabitəni təmin etməkdir. Amma yeni "XT-Pro Dual" telefonu dünyada iki "SİM" kart dəstəkləyən ilk iki rejimli telefondur: həm peyk rabitəsini dəstəkləyir, həm də "GSM" şəbəkələrdə işləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Thuraya XT-Pro Dual" telefonu istifadəçilərə çağırışlar arasında keçid etməyə imkan verən "Always On" funksiyasını dəstəkləyir. Beləliklə, bu telefon hər yerdə əlçatan olmağa imkan verir. Şəhər ərazisində "GSM" rabitədən istifadə etmək olar, zəif əhatə dairəsinə malik yerlərdə isə peyk rabitəsini işə salmaq olar. "Thuraya" şirkətinin şəbəkəsi Avropa, Afrika, Asiya və Avstraliyanın 160-dan çox ölkəsini əhatə edir.

Bundan başqa, yeni telefonda kömək üçün "SOS" düyməsi nəzərdə tutulub. Telefon toz və suya qarşı davamlıdır, daxili akkumulyator danışıq rejimində 11 saat, gözləmə rejimində 100 saat üçün kifayətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/490742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR