Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

5 terabaytlıq disk hazırlanıb

5 terabaytlıq disk hazırlanıb

Date: 19 November 2016 07:42

"Seagate" şirkəti istifadəçilərin 5 terabayt tutumlu məlumatı özləri ilə daşımasına imkan yaradıb. Şirkətin "Backup Plus" seriyasından təqdim etdiyi yeni portativ sərt disk məhz belə tutuma malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  bu tutum ənənəvi (USB-C interfeysi ilə yox) forum-faktorda "USB 3.0" interfeysi ilə qoşulan və əlavə enerji tələb etməyən kənar sərt disklər üçün rekord göstərici hesab edilir. Portativ qurğuda yeni terabaytlıq 2,5 düymlük plastinlərdən istifadə edən "BarraCuda" sərt diski yerləşdirilib.

Sərt disk lokal kompüter, mobil qurğular, "bulud" servisləri və sosial şəbəkələrdən məlumatların arxivləşdirilməsini sadələşdirən "Seagate Dashboard" proqram təminatı ilə təchiz edilib. "macOS" sistemi istifadəçiləri üçün "NTFS" drayverlər təklif olunur.

Qırmızı, gümüşü, qara və göy rəngli alümin korpusa malik diskin ABŞ-da qiyməti 190 dollar təşkil edir.

Milli.Az


Tags:  terabaytlıq disk hazırlanıb



RƏYLƏR


Top news