Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ağstafada top mərmisi tapıldı - FOTO

Ağstafada top mərmisi tapıldı - FOTO

Qazaxda tank mərmisi tapıldı (15 Mart 2017 05:18)
Qazaxda tank mərmisi tapıldı (15 Mart 2017 01:34)

Tarix: 19 Noyabr 2016 07:53

Ağstafada top mərmisi aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Ağstafa rayonun Qırlı kəndində Həsənsu çayının sahilindən 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi, OF-412) aşkar edilərək götürülmüş, nəticə etibarilə 30 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 18 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilmiş, 3 956 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


Teqlər:  Ağstafada top mərmisi tapıldı FOTO



RƏYLƏR


Top xəbərlər