Planşet bazarında azalma zəifləyəcək

Planşet bazarında azalma zəifləyəcək
08:05 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"TrendForce" analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə  dünyada təxminən 154.5 milyon planşet tədarük ediləcək ki, bu da ötən illə müqayisədə 8.3% azdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, 2017-ci ildə aparıcı planşet brendləri öz strategiyalarına düzəliş edərək alıcılara ucuz qurğular təklif etməklə tələbatı yüksəldə biləcəklər. Nəticədə planşetlərin tədarük həcmi aşağı templə azalacaq: belə ki, 5.3% azalaraq 146.4 milyon təşkil edəcək.

"Mühafizəkar taktikaya üstünlük verən əksər planşet brendlərindən fərqli olaraq "Amazon" və "Huawei" şirkətləri öz planşetlərinin tədarük həcmini dəfələrlə artırmağa çalışırlar. Biz hesab edirik ki, yaxın gələcəkdə bu iki istehsalçı öz planşet çeşidini genişləndirməyə davam edəcək. Bundan başqa, 2017-ci ilin birinci rübündə "Microsoft" şirkəti "Surface Pro 5" modelini təqdim edəcək. Bütün bunları nəzərə alaraq demək lazımdır ki, gələn ildə planşetlərin tədarük həcmi azalmağa davam edəcək, amma azalma çox cüzi olacaq" - "TrendForce" şirkətinin analitiki Anita Van deyib.

2015-ci ildə "Amazon" qeyri-adi ucuz planşet modellərini təqdim etməklə  bu bazarda səs-küy salıb. Həmin vaxtdan artıq "Amazon" şirkətinin planşet  tədarükünün həcmi çox sürətlə artır. Gözləntilərə görə, 2016-cı ildə ABŞ şirkəti sözügedən bazarda 7.4% pay göstəricisi ilə üçüncü iştirakçı olacaq, 2017-ci ildə adı çəkilən şirkətin bazar payı 8.1%-dək artacaq.

Rəqibin uğurlarını görən başqa şirkətlər, həmçinin ucuz qurğulara daha çox diqqət ayırmağa başlayıblar.
Həmçinin təxmin edilir ki, "Samsung" şirkəti cari və gələn ildə müvafiq olaraq 17.4% və 16.9% bazar payı ilə ikinci yeri qoruyub saxlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/490738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR