Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Apple” istehsalı ABŞ-a köçürəcək - Tramp qorxusu

“Apple” istehsalı ABŞ-a köçürəcək - Tramp qorxusu

Lider Ağsuda büdrədi (22 Mart 2017 18:47)
Yevlaxda "sülh", Bakıda 5 qol (12 Mart 2017 17:47)
"Qəbələ” III dövrənin ən yaxşısıdı (06 Mart 2017 14:07)

Tarix: 19 Noyabr 2016 08:17

ABŞ-ın "Apple" korporasiyası özünün iki aparıcı tərəfdaşı - "Foxconn" və "Pegatron"dan istehsalın ABŞ ərazisinə köçürülməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Nikkei" saytı məlumat yayıb.
 
"Foxconn" və "Pegatron" "Apple" məhsulları üçün detallar hazırlayan mühüm şirkətlərdir. Mənbə "Foxconn"un təklifə müsbət yanaşdığını, "Pegatron"un isə xərc məsələsi ilə əlaqədar bundan imtina etdiyini bildirib. Əslində "Foxconn"un rəhbəri Terri Qou da ideyaya entuziazmla yanaşmır. O deyib ki, istehsalın ABŞ-a köçürülməsi xərcləri ikiqat artıracaq.
 
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası dövründə "Apple" şirkətini istehsalı ölkə ərazisinə köçürməyə məcbur edəcəyini bildirib.

Milli.Az


Teqlər:  Apple istehsalı ABŞ-a köçürəcək Tramp qorxusu



RƏYLƏR


Top xəbərlər