Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

127 nəfər selfi çəkdirərkən ölüb

127 nəfər selfi çəkdirərkən ölüb

Date: 19 November 2016 08:52

ABŞ-ın Kornegi-Mellon Universitetinin alimləri və hindistanlı araşdırmaçılar müəyyən ediblər ki, 2014-cü ildən bu yana insanların selfi etmək istədiyi anda 124 ölüm hadisəsi qeydə alınıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə hesabat araşdırma qrupunun bloqunda dərc edilib.

İlk belə ölüm hadisəsi 2014-cü ildə Hindistanda qeydə alınıb. O vaxtdan bəri ölkə ölüm selfisi siyahısında liderlik edir. 76 ölüm hadisəsi məhz Hindistanda baş verib.

İkinci yerdə Pakistan qərarlaşıb. Burada da bu günə qədər 9 ölüm hadisəsi qeydə alınıb. ABŞ isə 8 ölüm hadisəsi ilə üçüncü yeri tutur. Dördüncü yerdə 6 halla Rusiya gəlir.   
 
Araşdırmaçılar aydınlaşdırıblar ki, çox vaxt selfidən ölüm hadisəsi hündürlükdən yıxılma hallarında baş verir. Sonrakı yeri boğulma halları tutur. Selfi zamanı yol-nəqliyyat hadisələri, dəmir yolunda qəzalar, silahla ehtiyatsız rəftar, heyvan hücumu və elektrik cərəyanı vurma hadisələrindən də ölüm halları qeydə alınıb.

Milli.Az


Tags:  127 nəfər selfi çəkdirərkən ölüb


RƏYLƏR


Top news