Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dəmir yolu nəqliyyatında qatarların hərəkət cədvəli dəyişəcək

Dəmir yolu nəqliyyatında qatarların hərəkət cədvəli dəyişəcək

47 yaşlı kişi qatarın altında qalaraq öldü - Xaçmazda (22 Mart 2017 05:04)
Novruz bayramı ilə əlaqədar bu qatarın hərəkət CƏDVƏLi dəyişir - FOTO (10 Mart 2017 10:05)
Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək (10 Mart 2017 10:02)

Tarix: 19 Noyabr 2016 08:53

Dekabrın 11-i Bakı vaxtı ilə 01:00-dan Rusiyanın bütün dəmir yolları şəbəkəsində 2016/2017-ci il üçün qatarların formalaşdırılması planı və yeni hərəkət cədvəli tətbiq ediləcək və bu, 10 dekabr 2017-ci il tarixinədək qüvvədə olacaq.

Publika.az xəbər verir ki, bu barədə Oktyabr Dəmir Yolu İdarəsinin Korporativ Kommunikasiyalar Xidmətinin məlumatında bildirilir. Məlumata görə, dəyişiklik beynəlxalq sərnişin daşımalarına, eləcə də, Rusiya-Azərbaycan marşrutu üzrə hərəkət edən qatarlara da şamil ediləcək.

Beynəlxalq sərnişin daşımaları birbaşa və tranzit yollarla 11 Avropa və Asiya ölkəsinə – Almaniya, Fransa, Polşa, Avstriya, Çexiya, Monako, İtaliya, Finlandiya, Çin, Monqolustan, Şimali Koreyaya 20 beynəlxalq marşrut üzrə, həmçinin 11 MDB və Baltika ölkəsinə (Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Azərbaycan, Latviya, Litva, Estoniya) həyata keçiriləcək. (Report)


Teqlər:  Dəmir yolu nəqliyyatında qatarların hərəkət cədvəli dəyişəcək



RƏYLƏR


Top xəbərlər