İnsanlar Wi-Fi-ni seks və alkoqoldan vacib sayır

İnsanlar Wi-Fi-ni seks və alkoqoldan vacib sayır
08:57 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

IPASS provayderi tərəfindən keçirilən sorğu göstərib ki, insanlar simsiz interneti daha vacib sayırlar, sonrakı yerlərdə isə onlar üçün seks və alkoqol gəlir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, təcrübədə Amerika və Avropadan olan təxminən 1 700 könüllü iştirak edib.
 
İştirakçılara testdən keçməyi təklif ediblər və ballıq şkala üzrə özləri üçün simsiz interneti, digər zəruri ehtiyacları və həzzin nisbətini müəyyən etməyi xahiş ediblər. Əldə olunmuş nəticələrə görə, Wi-Fi 40,2 faizlə ilk yeri tutur. Onun ardınca 36,6 faizlə seks gəlir, şokolad və alkoqol isə sonuncu yerləri tutur.

IPASS provayder şirkətinin direktoru Pet Hyumun sözlərinə görə, internet bizim həyatımızda əsas rol oynayır və Wi-Fi-nin artan populyarlığı müsbət nəticəsini verəcək. Misal üçün, rəyi öyrənilənlərin 70 faizi, heç olmasa, bir dəfə oteli orada Wi-Fi olmasına görə bron edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/490727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR