Futbol Federasiyasının eks-prezidenti 10 il müddətinə azadlıqdan məhrum edildi

Futbol Federasiyasının eks-prezidenti 10 il müddətinə azadlıqdan məhrum edildi
09:03 19 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, L. Çiriboqa çirkli pulların yuyulmasında təqsirli bilinib.

2015-ci ilin yanvarında, L. Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti seçilib. Ötən ilin dekabrında ona FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ittiham irəli sürülüb. Bundan sonra L. Çiriboqa könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş verib, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR