Liderlik uğrunda "qiyabi savaş"

Liderlik uğrunda "qiyabi savaş"
09:17 19 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turun görüşləri iki gün ərzində oynanılacaq.

İlk oyun günündə həm də həftənin mərkəzi qarşılaşması oynanılacaq. Belə ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edəcək. Ardıcıl 13 oyundu ki, uduzmayan Roman Qriqorçukun yetirmələri "Qarabağ"la çətin oyundan bir tur öncə xal itirmək istəmir.
 
Turnir cədvəlində böyük xal fərqi ilə öndə olsa da, son turlarda itirdiyi xallarla məhz Ağdam klubu ilə aradakı fərqin "əriməsi"nə səbəb olan "qırmızı-qaralar" növbəti itkiyə icazə vermək istəmirlər. Qonaqlar isə ilk üçlükdən uzaq düşməmək üçün xal qazanmalıdır.
 
Avroliqanın qrup mərhələsindəki digər təmsilçimiz "Qarabağ" da doğma meydanda oynayacaq. Ağdamlılar "Kəpəz"i qəbul edəcək. Son 4 turda qələbə qazanan ağdamlılar "Qəbələ"nin büdrəməsindən asılı olaraq, zirvəyə sahib çıxa bilər. Qurban Qurbanovun yetirmələri 17 matçdı uduzmadığı rəqibini bu dəfə də itkisiz keçə bilər. 3 turdu qalib gəlməyən gəncəlilər isə uğursuz seriyaları qırmaq əzmindədi.
 
Azərbaycan Premyer Liqası
XII tur
19 noyabr (şənbə)

15:00. "Qəbələ" - "Zirə"
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
 
18:00. "Qarabağ" - "Kəpəz"
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Suraxanı qəsəbə stadionu

Turnir cədvəli

1.

Qəbələ

11

7

4

0

26-4

25

2.

Qarabağ

11

8

1

2

23-5

25

3.

İnter

11

5

5

1

17-11

20

4.

Zirə

11

4

2

5

10-12

14

5.

Kəpəz

11

2

6

3

7-10

12

6.

Sumqayıt

11

2

4

5

9-17

10

7.

Neftçi

11

3

0

8

9-25

9

8.

AZAL

11

0

4

7

4-21

4

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR