Baş nazir postuna namizədin adı açıqlandı

Baş nazir postuna namizədin adı açıqlandı
09:17 19 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə dair sərəncam imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sərəncamda bildirilir ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, baş nazir vəzifəsinə parlament seçkilərində ən yüksək nəticə göstərən "Gürcü arzusu - Demokratik Gürcüstan" siyasi birliyinin namizədi Georgi Kvirikaşvili irəli sürülür.

G.Kvirikaşvili 1967-ci ildə anadan olub. 1999-2004-cü illərdə parlamentin deputatı olub. 2006-2011-ci illərdə Bidzina İvanaşvilinin təsis etdiyi "Kartu bank"ın baş direktoru olub. 2012-ci ildə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ildə - baş nazirin müavini, 2015-ci ilin sentyabrında xarici işlər naziri, dekabrından isə baş nazir postunda çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR