Yəməndə atəşkəs elan olunub

Yəməndə atəşkəs elan olunub
09:27 19 Noyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə yerli hökuməti dəstəkləyən ərəb koalisiyası 48 saatlıq atəşkəs rejimi elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Səudiyyə Ərəbistanı mətbuatı yazıb.
Atəşkəs noyabrın 19-u yerli vaxtla günorta saatlarından başlayacaq.

Barışıq müddəti husilərin öz öhdəliklərini yerinə yetirəcəkləri və mühasirədə olan rayonlara humanitar yardımın aparılmasına maneəçilik törətməyəcəkləri təqdirdə uzadıla bilər.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında qarşıdurma davam edir. Bu qarşıdurmaya Sudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası hökumət qüvvələri tərəfindən dəstək verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR