Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məktəb direktorunun otağında gizli kameralar aşkar edildi - FOTO

Məktəb direktorunun otağında gizli kameralar aşkar edildi - FOTO

Date: 19 November 2016 09:52

Türkiyənin Əskişəhər şəhərində FETÖ-ylə əlaqəsi olduğu iddia edilərək aylar öncə bağlanıb Təhsil Nazirliyinə təhvil verilən bir məktəbin direktorunun otağında, lampaların içərisində 2 ədəd gizli kamera tapılıb.

Milli.Az Milliyet-ə istindən bildirir ki, 100 şagirdi olan məktəbdə təmizlik işləri zamanı xadimələr lampaların üstündə kiçik bir dəliyin olduğunu hiss ediblər.

Bu barədə onlar aidiyyəti qurumlara xəbər verib. Məktəbə gəlib araşdırma aparan polislər, lampaların içərisinə yerləşdirilmiş 2 ədəd kameranın olduğunu görüblər.

Kiçik bir sahəyə bu sistemin yerləşdirilməsi isə görənləri çaşbaş salıb

Polislər olayla bağlı araşdırmalarını davam etdirirlər.

Təhməz Təkin
Milli.Az






Tags:  Məktəb direktorunun otağında gizli kameralar aşkar edildi FOTO

RƏYLƏR


Top news