Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SKMF İsmayıllıda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF İsmayıllıda investisiya layihələrinin qəbuluna başlayıb

Date: 19 November 2016 09:57

Bakı. 19 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. 
"Report" xəbər verir ki, fond sahibkarlardan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və hotelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. 
İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, küçəsi, 172, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.


Tags:  SKMF İsmayıllıda investisiya layihələrinin qəbuluna başlayıb

RƏYLƏR


Top news