Çində "robotların üsyanı" başlayır? - FOTO

Çində "robotların üsyanı" başlayır? - FOTO
10:05 19 Noyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Çində dünyada ilk dəfə robotun insana zərər vurması hadisəsi qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident Quandun əyalətində keçirilən IT sərgisində baş verib. İnternet istifadəçiləri artıq hadisəni "robotların üsyanı" adlandırıblar.

Sözügedən robot zahirən "Ulduz müharibələri" filmindəki "R2-D2"yə bənzəyib. O, sərgidə olan  4-12 yaşlı uşaqları təlimatlandırmalı və qonaqları əyləndirməli idi. Bunun əvəzinə "droid" yaxınlıqdakı stendi dağıdıb. Əməkdaşlardan biri onu saxlamağa çalışan zaman robot onun ayağının üzərindən keçib. Zədəsi ciddi olan şəxs xəstəxanaya yerləşdirilib.

Robotun yaradıcıları isə baş verənlərin səbəbini anlamadıqlarını bildiriblər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR