RYTN-ın sabiq yüksək vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasının əsas səbəbi məlum olub

RYTN-ın sabiq yüksək vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasının əsas səbəbi məlum olub
10:32 19 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Beytulla Hüseynovun ifadəsi əsasında cinayət işi başlanıb
Bakı. 19 noyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasının əsas səbəb açıqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, buna səbəb Baş Prokurorluğunun Ağır Cinayətələrə dair işlər üzrə İstintaq İdarəsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində aparılan cinayət işinin ibtidai istintaqı zamanı RYRN-ın tabeliyində olan “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynovun nazirlikdə baş verən korrupsiya halları ilə bağlı verdiyi ifadəsi əsasında toplanmış sübutlar olub.
İkin istintaq zamanı toplanmış sənədlərlə müəyyən edilib ki, Hüseynov Beytulla İbrahim oğlu 2005-ci ilin aprel ayından 2015-ci ilin oktyabr ayına kimi olan dövrdə Bakı şəhərində RYTN-in BTRİB-də baş direktoru vəzifəsində işləyərkən tutduğu vəzifəsinə görə işlərin görülməsi, xidmətlərin göstərilməsini şəffaf müsabiqə əsasında təşkil etməklə qanuniliyini təmin etməli olduğu halda, ona inanılıb tapşırılmış dövlət əmlakını talayaraq əlavə qazanc əldə etmək məqsədilə tabeliyində olan birliyin baş mühasibi Mustafayev Anar Heydər oğlu, yaxın münasibətlərdə olduğu “3 №-li Rabitə Təmir Tikinti İdarəsi”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Məmmədov Emin Məmməd oğlu, faktiki özünə məxsus olan “Bakı Rabitə Təmir Tikinti”, “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Vəliyev Bayram Məmməd oğlu və digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Onlar bir qrup şəxs halında adlarına özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər təsis etdiriblər. Həmin şəxslər hər bir qrup üzvünə 2500-7000 manat məbləğində aylıq ödənişlər verməklə, yeni rabitə xətlərinin çəkilməsi, bina, qurğuların təmiri, tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 15, 20, 25, 30, 35, son 8 ayda isə 45 faiz həcmində hissəsinin nağdlaşdırılaraq ona verilməsi şərti ilə tabeliyində olan qovşaqların keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin MMC-lərin qalib elan olunaraq müqavilələr bağlanmasını və müəyyənləşdirilmiş pul vəsaitlərinin onların bank hesablarına köçürülməsini təşkil ediblər.
Qrup üzvləri - B.Vəliyev, E.Məmmədov və digərlərinin həmin faiz məbləğlərini bank hesablarından nağdlaşdırıb çıxararaq, gördükləri işlərin təhvil-qəbuluna dair rəsmi sənəd olan Forma 2-lərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edib, məxarici rəsmiləşdirdikdən sonra hər ay müəyyən olunmuş tarixdə BTRİB-in inzibati binasına gəlib, A.Mustafayevə təhvil vermələri, sonuncunun isə ona təqdim etməsi ilə qanunsuz və əvəzsiz olaraq öz xeyrinə qəbul edib. Həmin vəsaitlərin bir hissəsi olan 20 oktyabr 2015-ci il tarixdə xidməti otağında aparılan axtarış zamanı seyfindən aşkar olunaraq götürülüb, konvertasiya olunduqdan sonra 20 min ABŞ dollarına bərabər 20 min 960 manat məbləğində külli miqdarda pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıb.
Həmçinin toplanmış ilkin sənədlərlə əsasən, Zeynalov Vidadi Zeynal oğlu 2004-cü ildən RYTN-in Aparat rəhbəri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməklə özgənin etibar edilmiş əmlakını talama məqsədilə, həmin nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri, o cümlədən BRİB-nin direktoru B.Hüseynov, həmin birliyin baş mühasibi A.Mustafayev və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib. Onun verdiyi şifahi göstərişə əsasən, həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, mal-material alınmadığı, istifadə olunan mal-materialların və xidmətlərin qiymətlərinin isə şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini, özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl qurumlar tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə, guya yerinə yetirilmiş işlərin dəyəri kimi ayrılmış pul vəsaitlərinin müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesablaşma hesabına köçürülərək sonradan nağdılaşdırılmış həmin vəsaitlər hesabına, BRİB -dən 2009-cu ildən 2011-ci ilə kimi olan dövrdə hər ay 200.000 manat, 2012-ci ildən 2015-ci ilin oktyabr ayına kimi aylıq 400.000 manat olmaqla cəmi 25.800.000 manat, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzindən (hazırda “AzİnTelekom” MMC) 2009-cü ildən 2015-ci ilin oktyabr ayına kimi hər ay 230.000-250.000 ABŞ dolları olmaqla cəmi 20.250.000 manat, Məlumat Hesablama Mərkəzindən həmin dövrlər üzrə hər ay 8.000-10.000 manat olmaqla cəmi 810.000 manat, Dövlət Radiotezliklər İdarəsindən qeyd olunan dövr üzrə hər ay 20.000-30.000 olmaqla cəmi 2.430.000 manat, Teleradio İstehsalat Birliyindən göstərilən dövr üzrə 10.000-20.000 manat olmaqla cəmi 1.620.000 manat, “Azərpoçt” MMC-dən həmin dövr üzrə hər aya 50.000 olmaqla, cəmi 4.050.000 manat, “Aztelekom” MMC-dən (əvvəllər İstehsalat Birliyi olub) 2010 və 2011-ci ildən başlayaraq hər ay 200.000 olmaqla, cəmi 16.200.000 manat, ümumilikdə 73.590.000 manat vəsaiti RYTN-in Bakı şəhəri Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında müvafiq siyahı əsasında həmin qurumların rəhbər vəzifəli şəxslərindən toplayaraq, həmin vəsaitlərdən hər ay özü üçün qanunsuz olaraq əmək haqqı kimi 50.000 manat, nazirliyin və onun struktur qurumlarının digər rəhbər vəzifəli şəxslərinə mövqeyinə uyğun olmaqla, eləcə də fəaliyyətlərinə himayə edilməsi üçün digər orqanların yüksək vəzifəli şəxslərinə ayrı-ayrı yüksək məbləğlərdə vəsaitlərin ayrılıb onlara paylanılmasını təşkil etməklə, etibar edilmiş külli miqdarda, yəni ümumilikdə 3.090.000 manat məbləğində özgə əmlakını mənimsəmə yolu talayıb və həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
Ona görə də B.Hüseynov 20 oktyabr 2015-ci il tarixində şübhəli şəxs qismində tutulub, 5 gün sonra isə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra ona həmin maddələrlə ittiham elan edilib, Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. B.Hüseynov həsb ediləndən sonra RYTN-in yüksək vəzifəli şəxsləri də saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aysel yeni verilişindən danışdı

20 İyul 2017 16:55

Nazirlikdən təhlükəli virus XƏBƏRDARLIĞI

20 İyul 2017 16:53

"İnter" 40-ın astanasında

20 İyul 2017 16:52

"Xarici ölkədə işləmək istəyirəm"

20 İyul 2017 16:51

Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat etdi

20 İyul 2017 16:48

Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb

20 İyul 2017 16:47

Pensiyaçıların sayı AÇIQLANDI

20 İyul 2017 16:47

Gəncə stadionunun son durumu - FOTO

20 İyul 2017 16:42

Əvəz Ələkbərova fəxri ad verilib

20 İyul 2017 16:39

Əmək pensiyaçılarının sayı açıqlandı

20 İyul 2017 16:38

Prezident Əvəz Ələkbərova "Əməkdar müəllim" fəxri adı verdi

20 İyul 2017 16:37

"Azəriqaz" binanın partlamasını gözləyir? - "Bloka qaz sızdı"

20 İyul 2017 16:37

Məşhur modellər lüt şəkillərini paylaşdı - FOTO

20 İyul 2017 16:33

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

20 İyul 2017 16:32

Sirniyyatın içində narkotik aşkarlandı

20 İyul 2017 16:30

Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR

20 İyul 2017 16:23

Ağalar Vəliyev ordenlə təltif edildi

20 İyul 2017 16:23

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi davam etdirilib

20 İyul 2017 16:22

Azərbaycanda nə qədər pensiyaçı var? - AÇIQLANDI

20 İyul 2017 16:19

“28 Mall”da ermənipərəst turist qalmaqal yaratdı - FOTO

20 İyul 2017 16:18

Oğuz və ətraf rayonlardan olan sahibkarlara 515 min manat güzəştli kredit verilib

20 İyul 2017 16:17

Fəhlələr krandan yıxıldılar: 2 ölü, 4 yaralı - Türkiyədə

20 İyul 2017 16:17

Çilli xanımlara

20 İyul 2017 16:17

"Seçim niyyətin özü kimi şəffaf olmalı idi"

20 İyul 2017 16:15

Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

20 İyul 2017 16:13

"Embalo Azərbaycana getməkdə həvəsli deyil"

20 İyul 2017 16:12

Azərbaycan gömrükçüləri şirniyyatın içində gizlədilmiş narkotik vasitə və psixotrop maddə aşkar edib

20 İyul 2017 16:12

Anar Nağılbaz Dado ilə Natavanın toyunda - FOTlar

20 İyul 2017 16:12

"Milan"ın futbolçusu "Yuventus"da - RƏSMİ

20 İyul 2017 16:07

"Qarabağ"dan bir ilk: Biletlərin üzərində loqo olmayacaq

20 İyul 2017 16:07

Nazim xanımı və qızı ilə - FOTOlar

20 İyul 2017 16:05

ABŞ-da erməni haker 5 il azadlıqdan məhrum edildi

20 İyul 2017 16:05

Rusiya raket kompleksi bazarını ələ keçirir

20 İyul 2017 16:03

"Ailəmi bir yerə toplayıb, çılpaq gəzəcəm"

20 İyul 2017 16:03

“Standard Insurance”in nizamnamə kapitalının artırılmasına qərar verilib

20 İyul 2017 16:02

"Qarabağ" klubu Azərbaycanda bilet satışı ilə bağlı ilkə imza atıb

20 İyul 2017 16:02

SORĞU: Ərəb turistlərin çoxluğu sizi narahat edir?

20 İyul 2017 16:02

ECB faizləri dəyişməyib

20 İyul 2017 15:57

İqlimşünas: “Hazırda Azərbaycanda dayanıqlı tropik hava kütlələri hökm sürür”

20 İyul 2017 15:57

"28 Mall"da ermənipərəst turisti paltarını çıxarmağa məcbur etdilər - FOTO

20 İyul 2017 15:57

Ölkəmiz gerilədi, amma... - ƏMSALLAR CƏDVƏLİ

20 İyul 2017 15:57

BAKI: Avtobusda qalmaqal

20 İyul 2017 15:56

İŞİD partizan savaşına hazırlaşır

20 İyul 2017 15:53

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına dair elektron xidmətlərdən 130 min yaxın insan istifadə edib

20 İyul 2017 15:52

Ayxan Abbasov: "Mərhələ keçmək şansımız var"

20 İyul 2017 15:52

Rusiyadan prezidentlərin görüşü haqqında AÇIQLAMA

20 İyul 2017 15:48

Yanacaqdaşıyan avtomobillər günorta yola çıxa bilərmi?

20 İyul 2017 15:46

Ağalar Vəliyev ordenlə təltif edildi

20 İyul 2017 15:42

Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu... – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT

20 İyul 2017 15:38

BAXCP sədri jurnalistləri təbrik etdi

20 İyul 2017 15:38