Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
10:37 19 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb. "Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə 1/4 final mərhələsindən başlayıb.
O, əvvəlcə çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda finlandiyalı Yukka Laytinen cərimə xallarının çoxluğu üzündən məğlub edilib. Həlledici qarşılaşmada isə Rəcəbov rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyəyə ipponla üstələyərək, dünya çempionu olub.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kq çəki dərəcəsində 5-ci yerlə kifayətlənib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-veteran-cudocusu-dunya-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR