Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək

AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək

Date: 19 November 2016 10:52

Bakı. 19 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq üzrə həmməruzəçiləri Cüzeppe Qalati və Alan Mil noyabrın 22-23-də Yerevana səfər edəcək.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar "seçki sistemində islahat", 2017-ci ildə keçiriləcək parlament seçkiləri, "konstitusiya islahatı"nın həyata keçirlməsi, o cümlədən "polis sietemində islahat" və polisin fəaliyyəti ilə bağlı şikayətlərə baxmaq üçün "müstəqil mexanizmin" yaradılması məsələləri ətrafında müzakirələr aparacaqlar.
İnformasiyaya əsasən, həmməruzəçilər ölkə prezidenti, baş naziri, parlamenti sədri, eləcə də ədliyyə naziri, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri, məhkəmə orqanlarının təmsilçiləri, polisin baçısı ilə görüş keçirəcək. 


Tags:  AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək

RƏYLƏR


Top news