Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş məşqçi qızına jest etdi, ara qarışdı - FOTOLAR

Baş məşqçi qızına jest etdi, ara qarışdı -   FOTOLAR

Date: 19 November 2016 10:57

Braziliya Kubokunda "Qremio" və "Kruzeyro" arasında keçrilən yarımfinal matçında baş verən bir ilginc hadisəyə görə meydan sahiblərinə cəza verilib.


Fanat.Az xəbər verir ki, "Qremio"nun 2:0 hesablı qazanaraq finala çıxdığı qarşılaşmada 22 yaşlı qızını ehtiyat oyunçular skamyasında oturdan və oyundan sonra meydanda komandanın sevinc göstərilərinə qatılmasına icazə verən baş məşqçi Renato Qauço klubun cəzalanmasına səbəb olub.


Braziliya Futbol Federasiyasının yaydığı açıqlamada Qauçonun qızı Karolina Portaluppinin ehtiyat oyunçular skamyasında oturmasının qaydalara ziddi olduğu bildirilir: "Bir atanın qızına sevgisi müzakirə oluna bilməz. Amma bu hərəkət futbol intizam qaydalarına ziddi və cəzası qalmamalıdı".


Açıqlamada qeyd olunur ki, iki oyundan ibarət olacaq finalda "Qremio"nun ev sahibliyi etməli olduğu matç neytral meydanda keçriləcək. Klub həmçinin 30 min Braziliya rialı (təxminən 15 min manat) cərimə olunub. 


Fanat.Az












Tags:  Baş məşqçi qızına jest etdi ara qarışdı FOTOLAR

RƏYLƏR


Top news