Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda DYP sürücülərə qarşı reyd keçirib

Bakıda DYP sürücülərə qarşı reyd keçirib

Polis sürücü ilə dava etdi: "Camaatın 6 balası birdən öldü" - VİDEO (15 Mart 2017 11:13)
Sumqayıtda 25 mikroavtobus xətdən çıxarıldı (14 Mart 2017 21:17)
"20 Yanvar" dairəsində sürücülərə qarşı reydlər başladı (10 Mart 2017 18:21)

Tarix: 19 Noyabr 2016 11:22

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonu ərazisində bu mövsümdə qadağan edilmiş pərdə və jalüzlərdən istifadəyə görə, reyd keçirilib.
"Report"un məlumatına görə, Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin (RDYPŞ) əməkdaşlarının keçirdiyi reyd zamanı 3 avtomobilin pərdə və jalüzlərdən istifadə etdiyi aşkarlanıb. Sürücülər isə qadağadan xəbərsiz olduqlarını bildirib.
Reyd zamanı rayondan Bakıya üz tutan "Ford" markalı avtomobilin sürücüsü plyonkanın sökülməsini unutduğunu qeyd edib. Buna baxmayaraq o, cərimə edilib. Səbail RDYPŞ-nin rəisi Cəmşid Hənifəyev "Report"a bildirib ki, bu cür reydlər davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhəri ərazisində avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüz, plyonka və pərdələrdən istifadə etdiyinə görə, 3 gün ərzində 174 sürücü cərimələnib. 27 sürücü isə jalüz, plyonka və pərdələri unutduğunu bildirərək cərimənin ləğv edilməsi üçün müraciət edib.

Teqlər:  Bakıda DYP sürücülərə qarşı reyd keçirib



RƏYLƏR


Top xəbərlər