Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sürücülük vəsiqəsi ilə bağlı DƏYİŞİKLİK

Sürücülük vəsiqəsi ilə bağlı DƏYİŞİKLİK

Date: 19 November 2016 11:28

Azərbaycanda avtomatik transmissiyalı minik avtomobillərini idarə etmək üçün xüsusi sürücülük vəsiqəsi veriləcək.

Publika.az-ın məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən “Yol hərəkəti haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 noyabr tarixli qanunda əksini tapıb.

Qanuna edilən əlavəyə əsasən, “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ veriləcək. Başqa sözlə, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan zamanı avtomatik transmissiyalı nəqliyyat vasitəsindən istifadə edilmişdirsə, sürücülük vəsiqəsində yalnız “B” kateqoriyasına aid avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd olacaq.

Qeyd edək ki, “B” kateqoriyasına aid nəqliyyat vasitələri “A” (motosiklet) kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobillərdir.


Tags:  Sürücülük vəsiqəsi bağlı DƏYİŞİKLİK

RƏYLƏR


Top news