Dünyanda ilk süni ürək nəqlini həyata keçirən cərrah vəfat edib

Dünyanda ilk süni ürək nəqlini həyata keçirən cərrah vəfat edib
11:37 19 Noyabr 2016
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Dünyanda ilk süni ürək nəqlini həyata keçirən cərrah Denton Kuli ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.
Bu barədə "Report" RBK-ya istinadən xəbər verir.
D.Kuli dünyanın ən məşhur ürək cərrahlarından biri idi.
Texas Uşaq Xəstəxanasının nümayəndəsinin sözlərinə görə, cərrah noyabrın 18-də səhər saatlarında Hyustondakı evində, dörd qızının əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, D.Kuli ümumilikdə təxminən 100 min nəfəri əməliyyat edib, eləcə də ürək-damar cərrahiyyəsində istifadə edilən çoxsaylı üsullar işləyib hazırlayıb. Bu işlərinə görə, o, bir sıra mükafatlara, o cümlədən ABŞ-da vətəndaşlara verilən ən yüksək mükafatlardan biri olan Prezidentin Azadlıq medalına layiq görülüb.
Onu da əlavə edək ki, D.Kuli 1968-ci ildə dünyada ilk dəfə ürək nəqlini uğurla həyata keçirməsi, 1969-cu ilin aprelində isə pasientə süni ürək nəqli üzrə əməliyyatı uğurla yerinə yetirməsilə məşhur olub. Süni ürək 47 yaşlı İllinoys sakini Haskell Karpa nəql edilib. İmplant 65 saat ərzində xəstənin həyatda qalmasını təmin edib, ardından ona əsl ürək köçürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dunyanda-ilk-suni-urek-neqlini-heyata-keciren-cerrah-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR