Sabah imam Hüseynin şəhadətinin 40-cı günüdür

Sabah imam Hüseynin şəhadətinin 40-cı günüdür
11:47 19 Noyabr 2016
292 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Sabah Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü qeyd olunacaq.
"Report" xəbər verir ki, Ərbəin günü Hicri-qəməri təqviminin 20 səfər (miladi təqvimlə 20 noyabr) ayına təsadüf edir.
Bu münasibətlə Azərbaycandakı məscidlərdə şam namazından sonra İmam Hüseyn yad ediləcək.
"Heydər" məscidinin axundu Rüfət Qarayev "Report"a bidlirib ki, noyabrın 20-si şam namazından sonra məsciddə İmam Hüseynin ruhuna "Quran" oxunacaq dualar ediləcək: "İmam Hüseynin həyatı haqqında söhbət açılacaq, Vətən, haqq yolunda mübarizəsindən bəhs olunacaq. Mərasimdə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlar da yad olunacaq".
R.Qarayev bildirib ki, noyabrın 30-da səfər ayı başa çatacaq. Bununla da imam Hüseyn və Kərbala şəhidləri üçün tutulan yas mərasimi yekunlaşacaq.
Xatırladaq ki, bu il Məhərrəm ayı miladi təqvimi ilə oktyabrın 3-də daxil olub. Aşura mərasimi oktyabrın 12-də qeyd olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/sabah-imam-huseynin-sehadetinin-40-ci-gunudur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR