Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

14 yaşlı qızdan ŞOK MESAJ: "Ölürəm, amma 200 il ərzində geri dönəcəm" - FOTO

14 yaşlı qızdan ŞOK MESAJ: "Ölürəm, amma 200 il ərzində geri dönəcəm" - FOTO

Date: 19 November 2016 11:52

İngiltərədə 14 yaşılı xərçəng xəstəsi olan bir qız ölümündən sonra dondurularaq saxlanma haqqı qazanıb. 
 
Milli.Az Telegraph-a istinadən xəbər verir ki, 1 ay öncə dünyasınI dəyişən J.S. xərçəngə tutulduqdan sonra dondurulma prosesini araşdırmağa başlayıb, ancaq ailəsini məsələ ilə əlaqədar razı sala bilməyib. Ailəsini razı sala bilmədiyini görən 14 yaşlı qız vəkillər vasitəsilə məhkəməyə müraciət edib.

Xəstəliyi irəlilədiyi üçün dinləmələrə qatıla bilməyən J.S. məhkəməyə yazdığı məktubda "Ölmək istəmirəm, amma öləcəyimi bilirəm ... Daha çox yaşamaq istəyirəm... Bu şansa sahib olmaq istəyirəm" ifadələrindən istifadə edib.

Hakim J.S.-nin bu istəyini şəxsi məsələ hesab edərək onun iddiasını qəbul edir.

Bu qərarın ardından həyatını itirən J.S.-nin bədəni dondurularaq, ABŞ-dakı saxlanma anbarına göndərilib. J.S. ABŞ-da dondurulmuş insanlar arasındakı ilk ingilis uşaq olaraq tarixə keçib.

Hakimin qərarından sonra bir qohumuyla danışan J.S.-nin "Ölürəm, amma 200 il içərisində geri dönəcəyəm. Daha uzun yaşamaq istəyirəm. Gələcəkdə xərçəng xəstəliyimə çarə tapacaqlar və məni oyandıracaqlar" dediyi açıqlanıb.

Dünyasını dəyişən şəxsin cəsədinin dondurulma əməliyyatı 1970-ci illərdən bu yana tətbiq edilir və dünyada təxminən 350 adamın ölümündən sonra dondurularaq saxlandığı təxmin edilir.

Təhməz Təkin
Milli.Az














Tags:  yaşlı qızdan ŞOK MESAJ Ölürəm 200 il ərzində geri dönəcəm FOTO

RƏYLƏR


Top news